SEPAH yeni ali liderə sadiqlik andı içdi

İranın İnqilab Keşikçiləri Korpusu (SEPAH) ölkənin yeni ali lideri  Müctəba Xameneini  seçən Ekspertlər Məclisinin qərarını dəstəklədiyini açıqlayıb.

Sherg.az xəbər verir ki, SEPAH-ın bəyanatında deyilir:

"İnqilab Keşikçiləri, çağdaş dövrümüzün ali lideri, ayətullah Seyid Müctəba Xameneinin ilahi əmrini yerinə yetirmək üçün tam itaət və özünü fəda etməyə hazırdır." (Tasnim-ə istinadla)

Bəyanatda həmçinin vurğulanır ki, Xameneinin seçilməsi göstərdi ki, İslam sistemi hərəkatı dayanmayacaq və inqilabla İslam sistemi tək bir şəxsiyyətə bağlı deyil.

Müctəba Xamenei, keçmiş ali lider Əli Xamenein oğludur. Əli Xamenei ABŞ və İsrailin İran əleyhinə hərbi əməliyyatının ilk günündə həyatını itirmişdi. Müctəba Xamenei 56 yaşındadır və onun namizədliyi İranın Ekspertlər Məclisi tərəfindən dünən təsdiqlənmişdir.