Səudiyyə ordusu ölkənin hava məkanında bir PUA-nı zərərsizləşdirdi

Səudiyyə Ərəbistanı ordusu daha bir pilotsuz təyyarəni ələ keçirib.

Səudiyyə Ərəbistanı ordusu Əl-Xarc əyalətinin şərqində bir PUA-nı zərərsizləşdirib.

Teleqraf xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyi məlumat yayıb.

Həmçinin, Ər-Riyad əyalətinin Əz-Zülf şəhərində yaşayış məntəqəsinə pilotsuz təyyarə düşüb və məhdud maddi ziyana səbəb olub, xəsarət alan yoxdur.