Sibiqa: Putin 30 gün əvəzinə 30 saatlıq atəşkəsdən danışır
Yusif Nəzərli
16:30 19.04.2025
Dünya
457
Rusiya Prezidenti Vladimir Putin 30 gün əvəzinə 30 saatlıq atəşkəsdən danışır.
APA xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Andriy Sibiqa “X” hesabında bildirib.
“Ukraynanın mövqeyi aydın və ardıcıldır: biz hələ martın 11-də Ciddədə ABŞ-ın irəli sürdüyü 30 günlük tam və şərtsiz atəşkəs təklifini qəbul etdik. Rusiya isə bu təklifi rədd etdi və artıq 39 gündür ki, Birləşmiş Ştatların bu təşəbbüsünə “yox” cavabını dəyişmir”.
Sibiqanın sözlərinə görə, Moskva müxtəlif şərtlər irəli sürərək Ukrayna ərazisində, mülki əhali və mülki infrastruktur obyektlərinə qarşı terroru daha da gücləndirib
“Putin indi guya atəşkəsə hazır olduğunu bəyan edir. Lakin 30 gün əvəzinə 30 saatlıq atəşkəsdən danışır. Təəssüf ki, biz artıq uzun müddətdir şahidik ki, onun sözləri əməllərinə uyğun gəlmir. Biz bilirik ki, onun sözlərinə etibar etmək olmaz və ona görə də sözlərə deyil, əməli addımlara baxacağıq” - nazir vurğulayıb.
Sibiqa onu da bildirib ki, Rusiya istənilən vaxt mart ayından bəri gündəmdə olan bu təklifi — tam və şərtsiz 30 günlük atəşkəsi — qəbul edə bilər.
“Biz rus qoşunlarının bütün cəbhələrdə faktiki olaraq atəşi dayandırmasını görmək istəyirik. Eyni zamanda, bütün tərəfdaşlarımızı və beynəlxalq ictimaiyyəti ayıq-sayıq olmağa çağırırıq. Çünki yalnız əməllər – sözlər yox – həqiqəti göstərir: bu müharibə Rusiyaya görə ilə başlayıb və onun üzündən də davam edir” - nazir qeyd edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya