Koreya Xalq Demokratik Respublikası 10-a yaxın ballistik raketın buraxılışını həyata keçirib.
Trend xəbər verir ki, bu barədə Cənubi Koreyanın Yonhap agentliyi hərb qurumlara istinadən məlumat yayıb.
Ballistik raketlərin dənizə atıldığı bildirilir.
“Bizim silhalı qüvvələr Sunan rayonundan Yapon dənizi istiqamətində təxminən 10 ballistik raketin buraxıldığını qeydə alıb”, - agentliyin məlumatında qeyd edilir.
Qeyd edək ki, KXDR son illərdə qısa, orta, uzaq və qitələrarası mənzilli ballistik raketlərdən ibarət olduqca şaxələnmiş arsenal formalaşdırıb; bu sıraya Scud və Nodong tipli köhnə sistemlərlə yanaşı, KN-23, KN-24, KN-25, Hwasong-12, Hwasong-17, Hwasong-18 və daha yeni Hwasong-19 kimi sistemlər daxildir.
Əsas göstəricilər baxımından bu raketlər təxminən 300–700 km-lik taktiki sistemlərdən başlayaraq 1,300 km-dən çox mənzilli orta mənzilli raketlərə və 10,000 km+ potensial uçuş məsafəli qitələrarası sistemlərə qədər geniş diapazonu əhatə edir.