Şimali Koreya liderinin 13 yaşlı qızı poliqonda atış təliminə qatıldı

Şimali Koreya lideri Kim Jong Un sursat zavoduna səfəri zamanı qızı Kim Ju Ae ilə birlikdə atış poliqonunda keçirilən testlərdə iştirak edib.

Sherg.az xəbər verir ki, dövlət agentliyi "KCNA"nın yaydığı məlumata görə, Kim zavodda silah istehsalını yoxlayıb və müəssisənin ordunun döyüş qabiliyyətinin artırılmasında mühüm rol oynadığını bildirib.

Fotoşəkillərdə 13 yaşlı Kim Ju Aenin hərbi rəsmilərlə birlikdə atış təlimini izlədiyi görünür. Onun gələcək varis kimi hazırlandığı iddiaları da gündəmdədir.