İranın cənubunda yerləşən Şiraz şəhərində polis idarəsinin yerləşdiyi kompleksə havadan zərbə endirildiyi bildirilir və ərazidə bir neçə partlayış baş verib.
Teleqraf xəbər verir ki, bu barədə "Al Arabiya" telekanalı məlumat yayıb.
Məlumata görə, İranın Şiraz şəhərində yerləşən polis idarəsinin binalar kompleksinə hava hücumu həyata keçirilib. Bildirilir ki, hücum nəticəsində kompleksin ərazisində bir neçə partlayış qeydə alınıb.
Hadisə zamanı bəzi tikililərin ciddi ziyan gördüyü qeyd olunur. Hücum nəticəsində xəsarət alanların olub-olmaması barədə isə hələlik məlumat verilməyib.