ABŞ Rusiya neftinin tədarükünə tətbiq edilən sanksiyaların Macarıstana təsir etməyəcəyini təsdiqləyib.
Teleqraf xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib.
Onun sözlərinə görə, Rusiyanın enerji şirkətlərinə qarşı sanksiyalar noyabrın 21-də qüvvəyə minməli idi, lakin noyabrın 7-də Macarıstanın Baş naziri Viktor Orban və ABŞ Prezidenti Donald Tramp razılığa gəliblər ki, Budapeşt bu məhdudlaşdırıcı tədbirlərdən azad edilsin.
Siyarto qeyd edib ki, bu saziş Macarıstanın enerji resursları ilə sabit təchizatını davam etdirəcəyinə zəmanət verir.
Noyabrın 8-də Macarıstanın Baş naziri Viktor Orban qeyd edib ki, Vaşinqton Budapeştə Rusiyadan enerji resursları almasına icazə verib. O, bu icazənin limitsiz olduğunu qeyd edib. Bundan başqa, o, Trampın "Rosatom" layihəsi çərçivəsində Macarıstanda tikilən Paks AES-ə qarşı tətbiq etdiyi sanksiyaları da ləğv etdiyini bildirib.