Macarıstan hökuməti müstəqil xarici siyasət yürüdür və Rusiya ilə danışıqlar aparmaq üçün Avropa İttifaqının icazəsinə ehtiyac duymur.
APA xəbər verir ki, bunu Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto "Facebook" səhifəsində yazıb.
“Nə Brüsseldən, nə Berlindən, nə də başqa bir yerdən xaricdə danışıqlarda iştirak etmək üçün icazə və ya mandat almağa ehtiyacımız yoxdur. Brüsselin xoşuna gəlsə də, gəlməsə də, biz suveren xarici siyasət yürüdürük və qərarlarımız milli maraqlarla müəyyən olunur”, – nazir qeyd edib.
Qeyd edək ki, Almaniya kansleri Fridrix Merz bir müddət öncə bildirmişdi ki, Baş nazir Viktor Orban Aİ liderlərinin razılığı olmadan Moskvaya səfər edib.