ABŞ prezidenti Donald Tramp bildirib ki, İran nüvə silahı əldə etməyə və onu tətbiq etməyə çalışır. Onun sözlərinə görə, Tehran belə silahı qısa müddətdə hazırlayıb əvvəlcə İsrailə, sonra isə Yaxın Şərqə qarşı istifadə edə bilərdi.
Sherg.az xəbər verir ki, Tramp 2025-ci ildə ABŞ-nin İranın İsfahan, Natanz və Fordo obyektlərinə zərbələrini xatırladıb.
Bununla yanaşı, Tehran nüvə silahı hazırlamadığını bildirir və Əli Xamenei tərəfindən verilmiş fətvaya əsasən bunun qadağan olunduğunu vurğulayır.