SON DƏQİQƏ | Bəşər Əsədin barəsində qiyabi məhkəmə başladı

Suriyanın keçmiş lideri Bəşər Əsəd və onun qardaşı Maher Əsəd barədə qiyabi məhkəmə prosesi Suriyanın paytaxtı Şam şəhərində başlayıb.

Sherg.az xəbər verir ki, məlumata görə, Dördüncü Cinayət Məhkəməsində keçirilən iclasda bir sıra yüksək rütbəli keçmiş hərbi və təhlükəsizlik rəsmilərinin də adları çəkilib. Onların hamısının ölkəni tərk etdiyi və bu səbəbdən prosesin qiyabi şəkildə aparıldığı bildirilir.

Məhkəmə çərçivəsində keçmiş müdafiə naziri və digər hərbi rəhbərlərin də adlarının keçdiyi qeyd olunub. Proses Suriya Baş Prokurorunun müavininin rəhbərliyi ilə davam etdirilir.