Şri-Lankada “Ditva” siklonu nəticəsində 153 nəfər həlak olub

Şri-Lankada “Ditva” siklonunun yaratdığı torpaq sürüşməsi və daşqınlar nəticəsində azı 153 nəfər həlak olub, 191 nəfər itkin düşüb, ölkə üzrə yarım milyondan çox insan zərər çəkib.

Trend-in məlumatına görə, bu barədə "Reuters" agentliyi xəbər verib.

Məlumata əsasən, Fəlakətlərin İdarə Edilməsi Mərkəzinin məlumatına görə, 78 mindən çox insan əsasən məktəblərdə yerləşən 800-ə yaxın yardım mərkəzinə köçürülüb.

Minlərlə polis, dəniz qüvvələri və ordu qoşunları ərzaq paylayır, yolları təmizləyir və ailələri təhlükəsiz yerlərə köçürürlər.