Süni zəka aptekdə satıcılıq edir
Yusif Nəzərli
13:52 30.08.2023
Dünya
588
Bir həftədir müştəriləri qarşılayır
Türkiyənin yerli istehsalı olan “Marbot” süni zəka robotu Yalova bölgəsində aptek işçisi kimi fəaliyətə başlayıb.
“Sherg.az” “NTV,com.tr”yə istinadən bildirir ki, robot Adnan Menderes məhəlləsində bir həftədir aptekdə müştəriləri qarşılayır, onlarla söhbət edir, suallarını cavablandırır, satışdakı dərmanlar haqqında məlumat verir. “Marbot” aptek işçilərinin yuxusuna “haram qatıb”. Əczanə işçiləri süni zəkanın tezliklə onların yerini tutacağından, daha insan əməkdaşlara, insan işçilərə ehtiyac qalmayacağından narahatdırlar.
“Marbot” müştərilərlə demək olar hər mövzuda söhbət edir, “yaxın zamanda dünyanı ələ keçirəcəyik”, deyə zarafatlaşır, hətta müştərilər qarşısında rəqs bacarıqlarını da nümayiş etdirir. Aptek müdiri Yusuf Sərt isə “Marbot”un süni intellektlə işləyən sosial robot olduğunu söyləyib. “Marbot” Türkiyədə hələ ki ilk aptek işçisi olan yeganə robotdur. Proqramlaşdırılmış robotun bacara bilmədiyi bir iş yoxdur. Müştəriləri qarşılayır və yola salır. Dərman preparatları ilə bağlı məlumat da verir. Uşaqlar onu çox bəyənir. Ətraf ərazilərdən robotu görməyə gəlirlər. Bu robot aptekə şən əhval gətirib”, deyən Y.Sərt süni zəka robotunun aptekdə çalışması ideyasının keçirilən müsabiqə zamanı ortaya çıxdığını söyləyib. Aptek işçiləri də onu verdiyi səmimi cavablarına görə bəyənirlər. Xüsusən də, robotun uşaqların marağına səbəb olması aptek işçilərini sevindirib. Aptek işçisi Hacer Ece Dilmac robotun gələcəkdə onların işini əllərindən alacağından bir qədər narahat olduqlarını da etiraf edib: “Bir az narahatıq. Amma düşünmürəm ki, robot bizi işsiz qoysun. O, bizə kömək edir indi. Sonra necə olacaq, baxarıq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çin "Şençjou-23" kosmik gəmisini kosmosa göndərib
22:40 24.05.2026
Dünya
Parlamentari: Azərbaycan WUF-13-ə böyük uğurla ev sahibliyi etdi
21:13 24.05.2026
Aktual
Lənkəranda sükan arxasında ürəktutması keçirən sürücü qəza törədib
20:27 24.05.2026
Dünya
Mourinyonun "Real Madrid"də alacağı maaş bilindi
20:09 24.05.2026
Futbol
"Qarabağ" Zakira Savonu transfer etdi
19:33 24.05.2026
Futbol
Trump: İranla razılaşma tamamilə məndən asılıdır
18:21 24.05.2026
Dünya
SEPAH Hörmüz boğazından 33 gəminin keçidinə icazə verdi
18:05 24.05.2026
Region
Makron və Lukaşenko telefon danışığı aparıblar
17:48 24.05.2026
Dünya
CHP-nin Ankaradakı qərargahında gərginlik: Polis binaya daxil oldu
17:16 24.05.2026
Dünya
İntensiv yağış yağacaq - XƏBƏRDARLIQ
16:59 24.05.2026
Ekologiya
KİV: İran Ordusu Hörmüzqan vilayətində kəşfiyyat PUA-sı vurub
16:38 24.05.2026
Dünya
ABŞ-İran danışıqları iyunun 5-də baş tuta bilər
16:02 24.05.2026
Gündəm
Azərbaycan XİN Pakistana başsağlığı verib
14:46 24.05.2026
Siyasət