Suriya "erməni soyqırımı"na dair qətnaməni Türkiyə ilə münasibətləri gərginləşdiyi üçün qəbul etdi - ŞƏRH
Fidan Həmişəyeva
14:43 15.02.2020
Dünya
736
Suriya parlamentində qondarma erməni soyqırımının tanınmasına dair müzakirələr aparılıb. Belə ki, Suriya parlamenti Birinci Dünya Müharibəsi illərində Osmanlı imperiyasında ermənilərə qarşı kütləvi qətliam törədilməsinin tanınması və hadisələrin pislənməsinə dair qanun layihəsini qəbul edib.
Suriyanın belə qərar qəbul edəcəyinin gözlənilən olduğunu deyən "Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu “Şərq”ə açıqlamasında bildirib ki, qətnamənin qəbul edilməsinin əsas səbəbi Türkiyə ilə Suriyanın münasibətlərinin gərginləşməsi ilə bağlıdır: “Vaxtilə Suriya ona görə belə qərarı qəbul etmirdi, çünki Türkiyə ilə münasibətləri var idi. Amma Əsəd rejimi böyük qətliamlar törədəndən və Türkiyə buna qarşı ortaya müqavimət qoyandan sonra, sanki, Suriya Türkiyə əleyhinə olsun deyə bu qətnaməni qəbul etdi. Lakin bu qərarın heç bir hüquqi əsası yoxdur və heç nəyi dəyişmir”.
Analitik vurğulayıb ki, Suriya da digər dövlətlər kimi ermənilərdən bir alət kimi istifadə edir:
“Başqa dövlətlər erməni soyqırımını ona görə qəbul etmirdi ki, onlara canı yanır. Suriya Türkiyəni zəiflətmək və onun əleyhinə çıxış etmək üçün belə qətnaməni qəbul edib. Eləcə də Suriya erməniləri bəhanə edərək öz düşüncəsinə görə, guya, Türkiyə əleyhinə bir addım atır. Amma bütün bunlar heç nəyi dəyişmir. Türkiyə həmişəki kimi öz yolu ilə gedir. Türkiyənin Suriyadakı maraqları da yerində qalır. Qardaş ölkə bu maraqları qorumaqda və addımlarını atmaqda sərbəstdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Trampın nümayəndələrinin Kiyevə səfəri hələ təsdiqlənməyib
20:02 17.08.2026
Dünya
Bu, Naxçıvanın iqtisadi xəritəsini dəyişə bilər - Şokri
19:48 17.08.2026
İqtisadiyyat
Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayır
19:25 17.08.2026
Elm və Təhsil
Zimbabvedə qayıq qəzasında ölənlərin sayı 92-yə çatdı
19:15 17.08.2026
Dünya
CNN: Kuşner Netanyahunu Qəzzada sülh planının icrasına təşviq edib
18:40 17.08.2026
Dünya
"Reuters": İran müdafiə siyasətindən hücum strategiyasına keçir
18:36 17.08.2026
Dünya
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
18:21 17.08.2026
Sosial
SEPAH Trampın gizli əlaqə iddiasını təkzib etdi
18:14 17.08.2026
Dünya
Rusiyalı siyasətçi 11 il həbs cəzasına məhkum edilib
18:11 17.08.2026
Dünya
TƏBİB sədri daha 2 vəzifəli şəxsi işdən çıxardı
17:39 17.08.2026
Sağlamlıq
Azərbaycanda dərman istehsalı 58%-ə yaxın artıb
17:30 17.08.2026
Sosial