Suriya Demokratik Qüvvələri və Suriya hökuməti arasındakı toqquşmalarda ölənlərin sayı 15 nəfərə çatıb.
APA “Aljazeera” telekanalına istinadən xəbər verir ki, Hələb Səhiyyə İdarəsi SDQ-nin hücumları nəticəsində 7 mülki şəxsin həlak olduğunu və 52 nəfərin xəsarət aldığını bildirib.
100 000-dən çox insan döyüşlərin getdiyi Şeyx Məqsud və Əşrəfiyyə bölgələrini tərk edib.