Suriyada əməliyyat: İŞİD-çilər zərərsizləşdirildi...

Suriyanın təhlükəsizlik qüvvələri İŞİD-ə qarşı əməliyyat keçirib.

Axar.az xəbər verir ki, bu barədə ölkənin hüquq-mühafizə orqanlarına istinadla yerli media məlumat yayıb.

Qeyd olunub ki, Rakka bölgəsində hücum planlaşdıran İŞİD üzvləri əməliyyat nəticəsində zərərsizləşdirilib.

Əməliyyatın təfərrüatı barədə geniş məlumat verilməyib.