
Suriyada vəziyyət dramatikləşir - EKSPERT
Yusif Nəzərli
06:42 08.04.2025
Dünya
522
Xalq da İsrailin işğalını görür, Livanda da vəziyyət yaxşı deyil
Dünya Müsəlman Alimləri Birliyi İslam ölkələrinin liderlərini İsrailin blokada altındakı Qəzza zolağına hücumlarını dayandırmaq üçün addımlar atmağa çağırıb. İslam ölkələrinin liderlərinə ünvanlanmış bəyanat birliyin öz saytında dərc edilib. Bəyanatda Qəzza zolağında qadınlara, uşaqlara və qocalara qarşı dəhşətli cinayətlərin törədildiyi, xəstəxanalara, məscidlərə və kilsələrə zərbələr endirildiyi, su, elektrik, qida və dərmanların kəsilməsinin qarşısının alındığı vurğulanıb. Açıqlamaya görə, hər cür öldürücü silahlardan istifadənin davam etdiyi Qəzzada 6 minə yaxın insanın öldürüldüyü, 15 minə yaxınının isə yaralandığı, soyqırımı və insanlığa qarşı cinayətlərin törədildiyi diqqətə çatdırılıb. Bəyanatda Qərb liderlərinin İsrailin bütün cinayətlərini “özünümüdafiə” zəminində dəstəklədiyi vurğulanıb. Belə ki, Fələstin Qəzzadakı müqavimət qruplarının da 7 oktyabr hücumlarında qanuni müqavimət haqqına sahib olduğu ifadə edilib. Həmçinin, İslam ölkələrinin liderlərindən Qəzzaya edilən hücumları dərhal dayandırmaq üçün İsraillə diplomatik və iqtisadi əlaqələri kəsməyə çağırılıb. Hücumların dayandırılmaması halında növbəti addımın hücum edən ölkələrə qarşı da oxşar addımların atılması olduğu qeyd edib. Açıqlamada dünya neftinin 50 faizinin İslam ölkələrində olmasına baxmayaraq, Qəzza zolağında xəstəxanaları işlətmək üçün yanacağın olmaması, fələstinlilərin ehtiyacları üçün qurudan və havadan yardım əməliyyatlarına başlanılması tələb edilib. Məlumat üçün bildirək ki, İsrail Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri Suriya paytaxtının şimalındakı Masakin Berzi bölgəsinə də raket zərbəsi endirib. Hava hücumundan sonra Dəməşq və onun ətrafında güclü partlayış səsi eşidilib. İsrail Ordusu Həma və Homsdakı hərbi aerodromların ətrafındakı ərazilərə də hücum edib. Suriya Xarici İşlər Nazirliyinin açıqlamasında deyilib ki, İsrailin ölkə daxilinə endirdiyi ölümcül hava zərbələri Suriyanın suverenliyinin kobud şəkildə pozulması deməkdir: "Beynəlxalq hüququ və Suriyanın suverenliyini açıq-aşkar pozaraq, İsrail qüvvələri ölkənin 5 məntəqəsinə hava zərbələri endirib. Bu əsassız eskalasiya Suriyada sabitliyi pozmaq üçün məqsədyönlü cəhddir". Qeyd edilir ki, zərbələr Həma əyalətindəki hərbi hava limanının tamamilə dağıdılması ilə nəticələnib, onlarla mülki şəxs və hərbçi yaralanıb, 10 nəfər həlak olub.
Siyasi şərhçi, araşdırmaçı-jurnalist Kənan Rövşənoğlu "Sherg.az"a deyib ki, Suriyada vəziyyət dramatikləşir, çünki İsrail işğal fəaliyyətlərini davam etdirir və hər gün az da olsa irəliləyir. Ekspert vurğulayıb ki, İsrail girdiyi yerlərdən çıxmayacağını açıq şəkildə elan edir:

"Suriyanın yeni hakimiyyəti hər nə qədər sülh mesajları versə də, faydası olmadı. Xalq da İsrailin işğalını görür. Livanda da vəziyyət yaxşı deyil. Livan ordusunun komandanı general Rudolf Heykel dünən sərhədə gedib. Orada deyib ki, Livanın əsas düşməni İsraildir. Çünki İsrail Livanın təhlükəsizliyini hələ də təhdid edir. Halbuki iki ay əvvəl Livanın yeni hökuməti hökumət bəyannaməsində "müdafiə" bəndini çıxardı. Çünki Səudiyyə Ərəbistanı belə tələb edirdi. Ərəb ölkələri "Hizbullah", yəni dolayısı ilə İranı Livandan çıxarmaq, həm də İsraillə barışmaq üçün yol açmaq istəyirdilər. Amma indi görürlər ki, məsələ "Hizbullah" və İran deyil, İsrail ətraf əraziləri də işğal edir. Suriyanın yeni hakimiyyəti üçün İsraillə müharibə böyük riskdir. Çünki bu müharibə Suriyanı xaraba qoya, hakimiyyətin devrilməsinə səbəb ola bilər. Suriyada qlobal cihad hərəkatı isə İsrail və ABŞ üçün yeni imkanlar yarada bilər. Qəzzada isə vəziyyət daha dramatikdir. Ərəb ölkələri və İsrail HƏMAS-ı Qəzzadan çıxarmaq qollarını çırmalayıb. Artıq HƏMAS-a qarşı etiraz aksiyaları keçirilir, İsrail isə zolağı yenidən işğal etməyə çalışır. Nəticədə Yaxın Şərqdə vəziyyət daha fəciəvi vəziyyətdədir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya