Tayvan heç vaxt dövlətə çevrilməyəcək - Çin

Tayvan heç vaxt dövlətə çevrilməyəcək və beynəlxalq münasibətlərdə "iki Çin" yaratmaq cəhdi uğursuzluğa məhkumdur.

Axar.az xəbər verir ki, bunu Çinin xarici işlər naziri Van Yi deyib.

“Tayvan qədim zamanlardan bəri Çinin bir hissəsi olub. Keçmişdə, indi və ya gələcəkdə heç vaxt ayrı bir dövlət ola bilməz. Tayvanın Çinə qayıtması Çin xalqının Yaponiyaya qarşı müqavimət müharibəsindəki qələbəsinin nəticəsi, eləcə də İkinci Dünya müharibəsindəki qələbənin bəhrəsidir. Yaponiyanın Təslim Aktı, eləcə də BMT Baş Assambleyasının 2758 saylı Qətnaməsi və digər beynəlxalq hüquqi sənədlər Tayvanın statusunu möhkəm şəkildə təsbit etdi. Beynəlxalq münasibətlərdə "iki Çin" və ya "bir Çin, bir Tayvan" yaratmaq cəhdləri uğursuzluğa məhkumdur”, - XİN başçısı bildirib.