Bu gün səhər saatlarından başlayaraq Təbrizin yaxınlığında Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin iştirakı ilə “Səhənd-Anti-Terrorizm-2025” adlı birgə təlimi keçirilir.
Axar.az xəbər verir ki, bu haqda İran mediası məlumat yayıb.
Məlumata görə, 5 gün davam edəcək təlimin ilk mərhələsi Şəbistər rayonunda başlayıb.
SEPAH-ın Quru Qoşunlarının ictimaiyyətlə əlaqələr bölməsinin rəhbəri polkovnik Şahram Əsgərian təlimlərin xüsusi strateji əhəmiyyətə malik olduğunu bildirib.