Tehran vurulur, Hörmüz boğazı ətrafında böhran dərinləşir

ABŞ və İsrailin İrana zərbələri davam edir. Donald Tramp bildirib ki, münaqişə başlayandan 7000-dən çox hədəf vurulub. İsrail ordusu Tehran, Şiraz və Təbriz şəhərlərinə hava zərbələri endirdiyini açıqlayıb.

Sherg.az xəbər verir ki, İran XİN rəhbəri Abbas Araqçi isə hücumlar nəticəsində yüzlərlə mülki şəxsin, o cümlədən uşaqların həlak olduğunu bildirib.

Eyni zamanda İranın yeni ali lideri Müctəba Xamenei ilə bağlı qeyri-müəyyənlik qalır - onun taleyi barədə ziddiyyətli məlumatlar yayılır.

İran Hörmüz boğazı ilə bağlı şərtlər irəli sürüb: sanksiyaların ləğvi, ABŞ bazalarının çıxarılması və iqtisadi məhdudiyyətlərin aradan qaldırılması. Lakin ABŞ-ın müttəfiqləri Trampın boğazın qorunması üçün hərbi iştirak çağırışını tam dəstəkləməyib.

Ekspertlər xəbərdarlıq edir ki, münaqişə uzana və ən azı payıza qədər davam edə bilər.