Tərəfdarlarına nəcis yedirirmiş
Yusif Nəzərli
23:30 10.05.2022
Dünya
897
“Təriqət başçısı”nın bağçasından 11 cəsəd tapıldı
Tailandda yaşanan olay ağıla, məntiqə sığmır. “Şərq” “Milliyet.com”a istinadən xəbər verir ki, Tailandın Chaiyaphum əyalətində 74 yaşlı Tawee Nanlan adlı şəxsin meşədəki evinə polis basqın edib. Səbəb, özünü “təriqət lideri” elan etmiş bu şəxs haqqında polisə daxil olan məlumatdır. Məlumatı yerli polisə 53 yaşlı Khun Jenjira verib. Şəxsin məlumatında “təriqət lideri”nin ona inanaraq evinə gələnləri dustaq etməsi, onlara özünün idrarını içirib və nəcisini yedirməsi bildirilib. T.Nanlan polisin müşayiəti ilə yarıçılpaq halda evindən çıxarılarkən oradakı tərəfdarları çığır-bağır salaraq polisə hücum edib. Rəsmi qurumlar bu fikirdədir ki, “təriqət lideri”nin mərkəzdən uzaq bir yerdə, meşəlikdəki evdə yaşaması səbəbiylə bu qrup bir neçə ildir gizli fəaliyyət göstərir. Tailandın əhalisi əsasən buddistdir. Lakin dinə qarşı olmasına baxmayaraq, ruhlara ibadət edən və xəyali varlıqlara inananlar da var. Bəs Khun Jenjira təriqət liderini necə ifşa edə bilib? K.Jenjira polisə verdiyi məlumatda “anam da ora getdiyini demişdi. Onu ziyarətə getdim. 80 yaşlı anamı “liderin” bəlğəmini üzünə sürtərkən və onun şərfini çeynəyərkən müşahidə etməm dəhşət idi. Orda qadınlar dizədək sarong geyinmişdi, kişilər isə rəsmi geyimdə - şalvarda idilər. Evin yerləşdiyi ərazi düşərgədir. Ora daxil olduqda hamı bir nəfər kimi ayaqqabılarını çıxarır. Onun bütün dinlərin “atası” olduğuna inananlar var. Və bu şəxs onlara idrarını içirir, nəcisini yedirir. Bununla hətta "Covid-19"-a qalib gələcəklərinə inanırlar. Evin ətrafındakı ərazidə 11 tabut basdırılıb. Bunlar təriqət üzvlərinin tabutlarıdır. Anam da “əgər ölsəm, məni orada basdır”, demişdi. Polis ərazidə axtarış aparıb və deyildiyi kimi, tabutlarla qarşılaşıb. Polisin heyrətinə səbəb olan həm də cəsədlərdən limfa mayesi xaricə axsın deyə, tabutların deşilməsidir. Polis tabutları müsadirə edib, cəsədlər üzərində isə tibbi ekspertiza aparılacaq və ölüm səbəbləri müəyyənləşəcək. “Təriqət lideri” isə kimsəni burda zorla saxlamadığını, insanların onun yanına könüllü gəldiyini deyib. Əyalət valisi Kraisorn Kongchalad rəsmilərin düşərgədə baş verənlər haqqında aldıqları izahatlardan şoka düşdüklərini deyib: “Tədqiqat aparılacaq. Oradakı insanların ölüm səbəbi müəyyənləşəcək. Belə bir batil dinə tapınanların olduğunu indiyədək bilməmişik. “Təriqət lideri” istintaqa cəlb ediləcək, haqqında hər hansı cinayət əməli təsdiqlənərsə, məhkəmə qarşısına çıxarılacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyədə meşə yanğını: evlər boşaldılır
22:11 28.08.2026
Dünya
ABŞ-da “ABŞ Kosmik Akademiyası” yaradılacaq
21:50 28.08.2026
Dünya
Şəmkirdə 11 yaşlı qız əməliyyatdan sonra öldü
21:28 28.08.2026
Hadisə
Türkiyə səfirliyində Zəfər bayramı qeyd edildi
21:04 28.08.2026
Siyasət
Putin Ərdoğanla görüşəcək
20:35 28.08.2026
Gündəm
Nepalda güclü daşqınlar: ölənlərin sayı 500-ü keçdi
20:11 28.08.2026
Dünya
Sərnişin "Əhmədli" stansiyasında qatar yoluna düşdü
19:55 28.08.2026
Hadisə
Polşa səfiri XİN-ə çağırılıb, etiraz notası təqdim edilib
19:49 28.08.2026
Gündəm
Paşinyan Rusiyanın Ermənistandakı “DAYAQLARINI” SÖKÜR - TƏHLİL
19:33 28.08.2026
Gündəm
İstanbulda avtobus divara çırpılıb, 17 nəfər yaralanıb
19:11 28.08.2026
Gündəm
"Qarabağ"ın yeni transferlərə ödədiyi məbləğ...
19:03 28.08.2026
Futbol
Konfrans Liqasının püşkü atılıb
18:55 28.08.2026
Futbol
Rusiya müharibədən çəkilərsə, Putin hakimiyyətini itirəcək - ŞƏRH
18:47 28.08.2026
Gündəm
Anar Əliyev Qəbələdə vətəndaşları qəbul edib
18:40 28.08.2026
Sosial
Sumqayıtda mənzildə meyit aşkarlandı
18:15 28.08.2026
Hadisə
Müctəba Xamenei ilə bağlı yeni xəbər yayıldı
17:51 28.08.2026
Dünya