Ukrayna hökumətindəki korrupsiya qalmaqalı fonunda ölkə Prezidenti Volodimir Zelenskinin yerini tuta biləcək şəsxin adı açıqlanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Britaniyanın "The Sunday Times" qəzeti məlumat yayıb.
Məlumata görə, Qərbdə Ukraynanın Böyük Britaniyadakı səfiri Valeri Zalujnının növbəti Ukrayna prezidenti ola biləcəyi ilə bağlı fərziyyələr var. Belə ki, ictimaiyyət Zalujnının 2024-cü ildə Ukrayna Silahlı Qüvvələrinin baş komandanı vəzifəsindən azad edilməsini Zelenskinin siyasi rəqibini kənara çəkmək cəhdi kimi qəbul edib.
Məqalənin müəllifinə görə, Ukraynanın Böyük Britaniyadakı səfiri reytinqi prezidentin reytinqinə yaxın olan yeganə şəxsdir.