The Telegraph: ABŞ İranın Xark adasını ələ keçirməklə ölkəyə nəzarət edə bilər

ABŞ-nin İranın Xark adasını ələ keçirməsi Vaşinqtona ölkənin materik ərazisinə qoşun yeritmədən İran üzərində nəzarət imkanı verə bilər.

Sherg.az xəbər verir ki, bu barədə The Telegraph qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, Fars körfəzində İran sahillərindən təxminən 24 kilometr məsafədə yerləşən Xark adasında ölkənin əsas neft ixrac terminalı yerləşir. Bildirilir ki, İranın xam neft ixracının təxminən 94 faizi məhz bu terminal vasitəsilə həyata keçirilir.

Məqalədə qeyd olunur ki, ABŞ prezidenti Donald Tramp uzun müddətdir bu ərazini İranın zəif nöqtəsi hesab edir. Adanın ələ keçirilməsi Vaşinqtona İranın neft sənayesinə və maliyyə axınlarına nəzarət etmək imkanı verə bilər.

Nəşr həmçinin vurğulayır ki, ABŞ və İsrail tərəfindən İrana qarşı həyata keçirilən bombardmanlar zamanı bu region hələlik hücumlara məruz qalmayıb.

Bundan əvvəl Axios portalı ABŞ-də İranın Xark adasının ələ keçirilməsi ehtimalının müzakirə edildiyini yazmışdı.