Tokayev Putinlə görüşdə: Bu, ilin hadisəsidir

“Rusiya Qazaxıstan nümayəndə heyətinin Moskvaya dövlət səfərini diqqətlə hazırlayıb, bu, demək olar ki, ölkəmiz üçün ilin əsas hadisəsi oldu”.

Teleqraf xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar zamanı deyib.

“Səfərimiz zamanı göstərilən müstəsna qonaqpərvərliyə görə ürəkdən minnətdarlığımı bildirmək istərdim. Rusiya tərəfinin bu tədbirin hər bir təfərrüatı və nüanslarını diqqətlə nəzərdən keçirərək necə incəliklə hazırladığını gördük. Bizim üçün Rusiya Federasiyasına dövlət səfəri, bəlkə də, bu ilin ən mühüm hadisəsidir. Diqqətlə hazırlaşdıq, nazirliklər və qurumlar arasında məsləhətləşmələr apardıq”, - Tokayev bildirib.

Qalereya