Tramp 4 ölkəni ABŞ ərazisi kimi göstərən xəritə paylaşıb

ABŞ Prezidenti Donald Tramp Kanada, Meksika, Qrenlandiya və Kuba da daxil olmaqla ətraf bölgələri “ABŞ ərazisi” kimi göstərən xəritə paylaşıb.

Sherg.az xəbər verir ki, Tramp xəritəni sosial media hesabında yayımlayıb.

Paylaşılan xəritədə ABŞ-ın mövcud sərhədləri ilə yanaşı Kanada, Meksika, Qrenlandiya və Kuba da “ABŞ ərazisi” kimi göstərilib.

Bu paylaşım Trampın ABŞ-ın Nyu-Meksiko ştatının adındakı “Mexico” sözünün üstündən xətt çəkərək onun yerinə “America” yazılmış xəritəni paylaşmasından sonra edilib.

Meksika Prezidenti Klaudiya Şeynbaum Trampın paylaşımına reaksiya verərək ölkəsinin “azad, müstəqil və suveren” olduğunu və heç bir xarici ölkənin himayəsi altında olmadığını bildirib.