Tramp ABŞ maraqlarına zidd addımlara qəti cavab verəcək

ABŞ müdafiə naziri Pit Heqset Rusiyanın İrana ABŞ hərbi kəşfiyyatının ötürülməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Teleqraf xarici mediaya istinadla xəbər verir ki, Pit Heqset məsələ ilə bağlı ABŞ prezidenti Donald Trumpın məlumatlı olduğunu qeyd edib.

"O, ABŞ-nin maraqlarına zidd olan hər hansı addıma, istər açıq, istərsə də gizli şəkildə həyata keçirilsin, hamısına qəti cavab veriləcək".

Heqset əlavə edib ki, Vaşinqton bu kimi məsələləri diqqətlə izləyir və milli təhlükəsizliyə təhdid yaradan hərəkətlərə adekvat reaksiya verməyə hazırdır.