Tramp ABŞ-nin Afrikadakı səfirliklərini bağlamağa hazırlaşır
Yusif Nəzərli
12:19 20.04.2025
Dünya
500
ABŞ Prezidenti Donald Tramp gələn həftə Dövlət Departamentinin və ABŞ-nin Afrikadakı səfirliklərinin fəaliyyətinin azaldılmasına dair sərəncam imzalaya bilər.
Teleqraf xəbər verir ki, bu barədə “The New York Times” nəşri məlumat yayıb.
Məlumata görə, sözügedən sərəncam Dövlət Departamentinin radikal şəkildə yenidən strukturlaşdırılmasını nəzərdə tutur. Bu çərçivədə bir sıra Afrika ölkələrində ABŞ səfirliklərinin bağlanması planlaşdırılır.
Sənəddə həmçinin iqlim dəyişikliyi, miqrasiya və insan hüquqları məsələləri ilə məşğul olan bəzi büroların da ixtisar ediləcəyi qeyd olunur.
Ən ciddi dəyişikliklərdən biri isə Afrika ölkələrinə dair siyasəti həyata keçirən idarənin ləğv olunması olacaq. Onun yerini isə ABŞ-nin Afrika məsələləri üzrə xüsusi elçisinin ofisi tutacaq. Yeni struktur Ağ Evdəki Milli Təhlükəsizlik Şurasına tabe olacaq.
Qeyd edək ki, daha əvvəl “The Washington Post” nəşri Tramp administrasiyasının Dövlət Departamentinə ayrılan büdcəni iki dəfə, beynəlxalq təşkilatlara ayrılan maliyyəni isə 90 faiz azaltmağı planlaşdırdığını yazmışdı.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya