ABŞ Prezidenti Donald Tramp ölkəyə sığınacaq üçün müraciətlərin baxılmasının uzun müddət dayandırılacağını bildirib.
Teleqraf xəbər verir ki, o, bunu jurnalistlərin sualını cavablandırarkən deyib.
"O, uzun müddət davam edəcək. Biz bu insanları istəmirik, kifayət qədər problemimiz var. Bilirsiniz niyə onları istəmirik? Çünki onların çoxu yaxşı insanlar deyil, ölkəmizdə yerləri yoxdur",- Tramp qeyd edib.
Xatırladaq ki, noyabrın 28-də ABŞ Vətəndaşlıq və İmmiqrasiya Xidməti (USCIS) xarici vətəndaşların sığınacaq müraciətlərinə baxılmasını tam şəkildə dayandırıb.
Həmin gün ABŞ hakimiyyəti Əfqanıstan vətəndaşlarına vizaların verilməsini də müvəqqəti olaraq dayandırmaq qərarına gəlib.