ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Vaşinqton Venesueladan narkotik tədarükünə qarşı çox tezliklə quruda mübarizə aparmağa başlayacaq.
Oxu.Az xəbər verir ki, bu barədə TASS yazıb.
"Biz bununla məşğul olacağıq, artıq çox şey etmişik. Dənizdən tədarükün 85%-nin qarşısı alınıb. Yəqin ki, siz də şahidi olmusunuz ki, insanlar narkotikləri daha dəniz yolu ilə daşımaq istəmirlər. Odur ki, biz onları quruda dayandırmağa başlayacağıq. Bunu quruda etmək daha asandır və bu, çox tezliklə başlanacaq", - deyə o bildirib.