Tramp barədə gözlənilməz etiraf: Bizi hədələdi, qarşısında diz çökdük

“Avropa İttifaqı ABŞ-nin yardımı olmadan, təkbaşına Ukraynanı müdafiə edə bilməyəcək”.

Teleqraf xəbər verir ki, bunu İtaliyanın keçmiş baş naziri Enriko Letta deyib.

Sabiq nazirin sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp Ukrayna məsələsində Avropanı köməksiz qoyacağı ilə hədələyib:

“Bu, Avropa üçün ölümcül çağırışdır, təkcə ona görə ki, Avropa təkbaşına Ukraynanı müdafiə etməyə qadir deyil. Başa düşdük ki, ABŞ bizə lazımdır, çünki bizim müdafiəmiz o qədər parçalanıb ki, onu müstəqil şəkildə təmin edə bilmirik”.

Enriko Letta əlavə edib ki, Avropanı alçaldıcı şəkildə diz çökdürən gömrük rüsumları ilə bağlı razılaşma da Avropanın nüfuzu baxımından müsbət olmayıb: “Bunun səbəbi Trampın Ukrayna məsələsində bizi tək qoyacağı qorxusu idi”.