Tramp Baydenin imzaladığı sənədləri ləğv etdi

ABŞ Prezidenti Donald Tramp keçmiş prezident Co Bayden tərəfindən avtomatik imza (autopen) vasitəsilə təsdiqlənmiş bütün sənədlərin qüvvədən düşdüyünü elan edib.

Teleqraf xəbər verir ki, bu barədə o, “Truth” sosial media platformasında yazıb.

Tramp bildirib ki, bu üsulla imzalanmış sənədlər təxminən 92 faizdir və onların hüquqi qüvvəsi yoxdur:

“Autopen yalnız birbaşa ABŞ prezidentinin icazəsi ilə tətbiq oluna bilər. Əks halda bu sənədlər etibarsızdır.”

Tramp iddia edib ki, Bayden sənədlərin çoxunu şəxsən imzalamayıb və bu, onun prezident səlahiyyətlərinin faktiki olaraq ətrafındakı insanlar tərəfindən idarə edildiyini göstərir.

Xatırladaq ki, Bayden daha əvvəl "The New York Times"a açıqlamasında işlərin çoxluğu səbəbindən bəzən sənədlərin avtomatik imza ilə rəsmiləşdirildiyini təsdiqləmiş, lakin qərarların hamısının şəxsən onun tərəfindən verildiyini bildirmişdi.