Tramp Böyük Britaniyanın vəziyyətini "müflis fəlakət" adlandırıb

ABŞ Prezidenti Donald Tramp Böyük Britaniyanı "müflis fəlakət" adlandıraraq, ölkənin Şimal dənizində neft hasilatını genişləndirməsinin onu dünyanın ən zəngin dövlətlərindən birinə çevirə biləcəyini bildirib.

Teleqraf xəbər verir ki, Tramp bu barədə "Truth Social" sosial şəbəkəsində paylaşım edib.

O, Böyük Britaniyanın yeni Baş naziri Endi Börnemin Şimal dənizində neft hasilatına başlamaq planlarına diqqət çəkərək bildirib ki, həmin bölgə dünyada ən keyfiyyətli neft yataqlarından birinə malikdir.

"Oradakı ehtiyatlar yüz illərlə kifayət edəcək və onların böyük hissəsi hələ aşkar edilməyib. Bu, Birləşmiş Krallığı müflis fəlakətdən dünyanın ən zəngin ölkələrindən birinə çevirəcək", - deyə Tramp vurğulayıb.