Tramp bu ölkələri Hörmüz boğazı ilə bağlı gəmilər göndərməyə çağırır

“Bir çox ölkələr, xüsusən də İranın Hörmüz boğazını bağlamaq cəhdindən təsirlənənlər, boğazı açıq və təhlükəsiz saxlamaq üçün ABŞ ilə birlikdə hərbi gəmilər göndərəcəklər”.

APA xəbər verir ki, o, bu barədə ABŞ prezidenti Donald Tramp "Truth Social” hesabındakı paylaşımında yazıb.

O, eyni zamanda Çin, Fransa, Yaponiya, Cənubi Koreya, Böyük Britaniya və digər ölkələri təhlükəsiz keçidi təmin etmək üçün oraya hərbi gəmilər göndərməyə çağırıb.

Tramp ABŞ-ın Hörmüz boğazından təhlükəsiz keçidi təmin etmək üçün İranın sahil xəttini bombalamağa davam edəcəyini vurğulayıb.

“Bu vaxt ərzində ABŞ sahil xəttini bombalayacaq və İran qayıqlarını və gəmilərini sudan davamlı olaraq atəşə tutacaq. Bu və ya digər şəkildə, tezliklə Hörmüz boğazını açıq, təhlükəsiz və azad edəcəyik!”, - o əlavə edib.

Tramp bildirib ki, İranın hərbi potensialı 100 faiz məhv edilib.