Tramp əmrlərinə tabesizliyə çağıran demokratları xəyanətkar adlandırıb

ABŞ Prezidenti Donald Tramp hərbçiləri administrasiyasının əmrlərini yerinə yetirməməyə çağıran Demokrat Partiyasının senator və konqresmenləri xəyanətkar adlandırıb.

"Report" xəbər verir ki, bu barədə o "Truth Social" sosial şəbəkəsində yazıb.

"Hərbçiləri mənim əmrlərimə tabe olmamağa çağırış edən xəyanətkarlar dərhal həbsxanada olmalıdır… Bu, ən yüksək səviyyədə üsyana təhrik idi, üsyana təhrik isə ciddi cinayətdir", – deyə o vurğulayıb.

Növbəti paylaşımında o əlavə edib ki, bir çox hüquqşünaslar bunu cinayət kimi qiymətləndirirlər.