Tramp İrana qarşı dəniz blokadası barədə məqalə paylaşıb

ABŞ Prezidenti Donald Tramp İrana qarşı dəniz blokadası tətbiq edilə biləcəyi barədə məqalə paylaşıb.

APA xəbər verir ki, İslamabadda ABŞ-İran danışıqları razılaşma olmadan başa çatdıqdan sonra Donald Tramp “Truth Social” platformasında İranın ABŞ tələblərini qəbul etməyəcəyi təqdirdə Vaşinqtonun dəniz blokadası tətbiq edilə biləcəyi barədə məqaləni paylaşıb.

Ətraflı

Ad - 00:22

“Just the News” nəşrində dərc olunan “Əgər İran geri çəkilməzsə, prezidentin əlindəki Tramp kartı: dəniz blokadası” başlıqlı məqalədə qeyd olunur ki, belə bir addım bu ölkənin iqtisadiyyatına ciddi şəkildə təsir edər və İranın neft ixracından asılı olan Çin və Hindistan kimi ölkələrə də təzyiqi artırar.

Məqalədə həmçinin bildirilir ki, Donald Trampın belə bir addımı onun əvvəlki “uğurlu blokada strategiyasını” təkrarlaya bilər. Məqalədə vurğulanır ki, bundan əvvəl tətbiq edilən dəniz blokadası Venesuela iqtisadiyyatını çökdürmüş və 2026-cı ilin yanvarında Venesuela lideri Nicolás Maduronun ABŞ tərəfindən ələ keçirilməsi ilə nəticələnmişdi.