ABŞ Prezidenti Donald Tramp İrana qarşı nüvə silahından istifadə ehtimalını istisna edib və bildirib ki, onlardan heç vaxt dünyada heç kim istifadə etməməlidir.
"Report" xəbər verir ki, bu barədə Amerika Prezidenti Ağ Evdə jurnalistlərə İrana qarşı istifadə edib-etməyəcəyi ilə bağlı sualı cavablandırarkən bildirib.
"Xeyr. Niyə mənə lazım olacaq? Necə də axmaq sualdır. Niyə nüvə silahından istifadə etməliyəm?! Nüvə silahlarından heç vaxt heç kim tərəfindən istifadə edilməsinə icazə verilməməlidir. Düşünürəm ki, şəhərlərinizdən bir, iki və ya üçünü nüvə silahı ilə məhv etməkdən daha pis bir şey yoxdur. Düşünürəm ki, İsrail də daxil olmaqla, Yaxın Şərqi nüvə silahı ilə məhv etməkdən daha pis bir şey yoxdur. Düşünürəm ki, Avropaya çata bilən raketlərlə Avropaya hücum etməkdən daha pis bir şey yoxdur", - deyə ABŞ administrasiyasının rəhbəri vurğulayıb.
O, həmçinin Tehranın dayandırılmadığı təqdirdə, İranın "çox da uzaq olmayan gələcəkdə" kontinental ABŞ-a çata biləcək raketlər hazırlaya biləcəyi fikrini ifadə edib.
Tramp həmçinin ABŞ və İran arasında hərbi münaqişənin uzun müddət davam etməyəcəyinə inanır:
"Sizə yalnız bir şey deyə bilərəm: hər şey bitəcək. Düşünmürəm ki, çox çəkəcək. Yeri gəlmişkən, onlar bunu uzadırlar, çünki orada kiminlə işlədiyimizi bilmirik. Onlar həmin ölkədə liderin kim olduğunu bilirlər. Biz İranda liderin kim olduğunu bilmirik".
Ağ Ev lideri İrana qarşı irəli sürdüyü tələblərə görə Hörmüz boğazının bağlı qaldığını da faktiki olaraq etiraf edib:
"Onlar (İran - Qeyd) bizə yaxınlaşıb boğazı açmağa hazır olduqlarını bildirdilər. Xalqım - məndən başqa hamı xoşbəxt idi. Əgər Hörmüz boğazı açılsaydı, İran gündə 500 milyon dollar qazanardı. İstəmirəm ki, bu böhran həll etməzdən əvvəl gündə 500 milyon dollar qazansınlar. Buna görə də mənim ucbatımdan bağlı qalır".
O, eyni zamanda neftin qiymətinin 200 dollara qədər yüksəlməsinə səbəb olsa belə, İranın nüvə silahı əldə etməsinin qarşısını almaq niyyətindədir.