Tramp İranda məktəbə edilən zərbə ilə bağlı açıqlama verdi

ABŞ prezidenti Donald Tramp İranda qızlar üçün məktəbə edilən zərbə ilə bağlı bildirib ki, hadisə ilə bağlı istintaq hələ də davam edir.

“Biz bunu bilmirik, istintaq aparılır”, - deyə o, ABŞ-ın zərbədə iştirakı ilə bağlı jurnalistlərin sualını cavablandırıb.

Sherg.az xəbər verir ki, 28 fevral tarixində ABŞ və İsrail İran ərazisindəki obyektlərə zərbələr endirməyə başlayıb. Konfliktin ilk günündə İranın cənubundakı Minab rayonunda məktəb hədəfə alınıb.

İran hökumətinin rəsmi nümayəndəsi Fətmə Məhəccərani bildirib ki, zərbə nəticəsində 168 şagird və 14 müəllim və məktəb işçisi həlak olub. İran MİD nümayəndəsi İsmayıl Baqai əlavə edib ki, məktəbə zərbə “Tomahawk” raketi ilə endirilib və İran hakimiyyəti qurbanların xatirəsini yaşatmaq üçün tədbirlər görəcək.