Tramp: İrandan sonra növbə Kubanındır

İran rejimi təslim olandan sonra Kuba da süqut edəcək.

Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp "Politico" jurnalına müsahibəsində bildirib.

İrana hücumların uğurlu olduğunu iddia edən Tramp İrandan sonra Kuba rejiminin də süqut edəcəyin deyib.

Jurnalistin ABŞ-nin Kubada hökuməti devirmək planı varmı sualına Trampın cavabı belə olub: "Bəs siz nə düşünürsünüz? 50 ildir ki, bu məsələ tortun üzərindəki krem kimidir. Mənim üçün bu, kiçik bir məsələdir. Venesuelada işlər əla gedir. Delsi Rodrigez fantastik işlər görür. Onlarla münasibətimiz möhtəşəmdir".

Tramp İrana qarşı hücumları davam etdirmək üçün böyük miqdarda silah ehtiyatına sahib olduqlarını deyib: "Biz İranda cərrahi müdaxilə aparırıq. Bizim limitsiz silah ehtiyatlarımız var".