Tramp: İranın bərpası üçün azı 10 il lazım olacaq

ABŞ Prezidenti Donald Tramp hesab edir ki, ABŞ və İsrailin zərbələrindən sonra İranın bərpa olunması üçün ən azı 10 il vaxt tələb olunacaq.

Teleqraf xəbər verir ki, Donald Tramp bu fikri "ABC News" telekanalına müsahibəsində səsləndirib.

Müsahibə zamanı jurnalistlər ABŞ liderindən İrana qarşı hərbi kampaniya başa çatdıqdan sonra növbəti mərhələnin necə olacağı ilə bağlı narahatlıqlara münasibət bildirməsini istəyiblər.

“Sonrakı mərhələni unudun. Onlar məhv ediliblər. Bərpa üçün onlara 10 il lazım olacaq”, - deyə Tramp bildirib.