Tramp: İranın dünya çempionatında iştirakı məni maraqlandırmır

ABŞ Prezidenti Donald Tramp İran millisinin 2026-cı il futbol üzrə dünya çempionatında iştirak edib-etməməsinin onun üçün əhəmiyyət kəsb etmədiyini bildirib.

APA xəbər verir ki, o, bu barədə "Politico" qəzetinə müsahibəsində danışıb.

“Məni doğrudan da maraqlandırmır”, – deyə Tramp qeyd edib.

ABŞ lideri əlavə edib ki, İranın ciddi məğlubiyyətlə üzləşdiyini və zəiflədiyini düşünür.

Qeyd edək ki, 2026-cı il dünya çempionatı 11 iyun – 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək.

G qrupunda Belçika, Misir, İran və Yeni Zelandiya yığmaları mübarizə aparmalıdır.