Tramp: İranın yeni liderləri ağıllı olsalar, ölkələrinin firavan gələcəyi ola bilər

İsrail məni müharibəyə sövq etməyib.

APA xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Truth Social” hesabında yazıb.

Tramp bildirib ki, İsrail heç vaxt onu İranla müharibəyə sövq etməyib.

ABŞ Prezidentinin sözlərinə görə, 7 Oktyabr hadisələrinin nəticələri onun İranın heç vaxt nüvə silahına sahib olmamasına dair fikrini gücləndirib: “Saxta xəbər yayan analitiklər və sorğuları izləyirəm, onlara heç inanmıram. Onların dediklərinin 90%-i yalan və uydurmadır, sorğular da saxtadır, eynilə 2020-ci ildə keçirilən prezident seçkiləri kimi. Medianın haqqında danışmaq istəmədiyi Venesuelada əldə edilən nəticələr kimi, İranda da nəticələr möhtəşəm olacaq. Əgər İranın yeni liderləri ağıllı olsalar, İranın firavan bir gələcəyi ola bilər”.