İspaniya Şimali Atlantika Müqaviləsi Təşkilatına (NATO) mənfi təsir göstərir və Vaşinqton, əvvəllər xəbərdarlıq etdiyi kimi, Madridlə ticarəti dayandıra bilər.
Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ohayo və Kentukkiyə işgüzar səfərə getməzdən əvvəl Ağ Evin Cənub Çəmənliyində jurnalistlərlə söhbətində deyib.
"İspaniyanın nə etdiyini bilmirəm. Onlar NATO ilə çox pis iş görürlər. Onlar qorunur və alyansın kollektiv müdafiəsinə öz paylarını vermək istəmirlər. Və onlar bunu illərdir edirlər. Onlar əməkdaşlıq etmirlər, çox pis davranırlar. Biz İspaniya ilə ticarət əlaqələrini kəsə bilərik. İspaniyadakı insanlar fantastikdir, amma rəhbərlik o qədər də yaxşı deyil", - deyə prezident bildirib.
Qeyd edək ki, Madrid və Vaşinqton arasında gərginlik ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlarının başlamasından sonra daha da artıb. İspaniya ABŞ-nin İrana qarşı əməliyyatlarına qarşı çıxıb.