ABŞ Prezidenti Donald Tramp Nyu-Yorkun seçilmiş meri Zöhran Mamdani ilə düşündüyündən daha çox məsələdə həmfikirdir.
Teleqraf xəbər verir ki, bunu Tramp Ağ Evdə keçirilən görüşdən sonra bildirib.
“O, cinayətsiz şəhər görmək istəyir. Mənzil tikintisinin artmasını istəyir. Kirayə qiymətlərinin aşağı düşməsini istəyir. Bunların hamısı ilə mən razıyam", - o deyib.
Qeyd edək ki, prezident daha əvvəl Mamdanini sərt şəkildə tənqid etmişdi və onun seçicələyi təqdirdə Nyu-Yorka federal maliyyələşməni kəsmək ilə hədələmişdi.
Jurnalistlərin bu barədə sualların Tramp belə cavab verib:
“Mən ona kömək edəcəyəm, zərər verməyəcəyəm. Çünki Nyu-Yorkun böyük şəhər olmasını istəyirəm. Düşünürəm ki, bu mer həqiqətən mühüm işlər görə bilər”.