
Tramp Mask üçün qapıları araladı - RƏY
Tramp Mask üçün qapıları araladı - RƏY
Yusif Nəzərli
01:27 05.04.2025
Dünya
619
Ağ Ev rəhbəri ən böyük müttəfiqini vəzifədən hörmətlə yola salmağı düşünür
ABŞ Prezidenti Donald Tramp Hökumətin Səmərəliliyi Departamentinin fəaliyyətini dayandıracağını və İlon Maskın 130 gün ərzində işdən çıxarılacağını söyləyib. Tramp bazar ertəsi günü bəyan edib ki, “müəyyən bir məqamda” Hökumətin Səmərəlilik Departamentinin fəaliyyəti dayandırılacaq: "O, idarə etməli olduğu böyük bir şirkətə sahibdir, buna görə də nə vaxtsa öz şirkətinə qayıdacaq. Mən onu bacardığım qədər burada saxlayacağam. O, çox istedadlı biridir, bilirsiniz, mən ağıllı insanları çox sevirəm. O, həqiqətən ağıllıdır və yaxşı iş görüb".
Politoloq Zeynal Əmrəliyev "Sherg.az"a açıqlamasında deyib ki, hələ prezident seçkilərindən qabaq Tramp-Mask ittifaqının çox da uzunömürlü olmayacağı deyilirdi. Ekspert vurğulayıb ki, kifayət qədər iddialı olan 2 milyarderin birlikdə ölkə idarəçiliyində iştirakı ciddi problemlərə yol aça bilərdi:

"Trampa yenidən Ağ Evə sahib olmaq üçün bu ittifaq lazım idi. İlk növbədə Maskın çox böyük maliyyə imkanları var. Nəinki ABŞ prezidenti seçilmək, hətta ölkədəki 2 böyük partiyadan birinin vahid namizədi olmaq üçün seçki fondunda rəqiblərindən daha çox vəsaitin yığılmasına ehtiyac var. İlon Mask Kamala Harris qarşısında Trampa maksimum dəstək verdi. Digər məsələ isə Maskın malik olduğu yerli və beynəlxalq əlaqələrlə bağlıdır. Donald Tramp seçki kampaniyası dövründə bu əlaqələrdən maksimum şəkildə istifadə etdi. Məhz Mask ölkədəki milyarderlərin əksəriyyətini Trampın ətrafında birləşdirə bildi. Üçüncü məqam Maskın malik olduğu texnoloji güc idi. Trampın seçki reklamı üçün bu məsələ xüsusi əhəmiyyət daşıyırdı. Maskın birbaşa hökumətdə təmsil edilməsinə ehtiyac yox idi. Ancaq dünyanın ən zəngin adamı ölkə idarəetməsində söz sahibi olduğunu göstərmək üçün birbaşa vəzifə tutmaq qərarına gəldi. Təmsil olunduğu vəzifə isə ona ABŞ dövlətini öz maraqlarına uyğun şəkildə dizayn etmək imkanı verir".
Siyasi ekspertin qənaətincə, Maskın qərarları administrasiyada təmsil olunan digər nazirlərin işinə ciddi şəkildə problemlər yaradırdı:
"Heç zaman siyasətdə və dövlət işində olmamış, aldığı qərarları ancaq iqtisadi maraqlar üzərindən dəyərləndirən İlon Mask bu müddətdə dövlət qulluğunda çalışan xeyli sayda şəxsi ixtisar etdi və xeyli vəzifəni ortadan qaldırdı. Düzdür, bunlar ABŞ büdcəsini yüngülləşdirsə də, mühüm problemləri də özü ilə gətirirdi. Maskın qərarları ölkədə işsizlik ordusu yaratmaqla bərabər dövlət idarəçiliyində səmərəliliyin azalmasına səbəb olur. Buna görə də Ağ Ev rəhbəri ən böyük müttəfiqini vəzifədən hörmətlə yola salmağı düşünür. Maskın buna münasibətinin necə olacağı müəmmalıdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya