Tramp Maskı hələ də çox sevir

“Hesab edirəm yaxşı anlaşırıq”

ABŞ Prezidenti Donald Tramp, Tesla və SpaceX-in CEO-su Elon Mask ilə münasibətlərinə dair sualı cavablandırıb. Tramp bildirib ki, Maskı hələ də çox sevir və 2024-cü il seçkilərində ona böyük dəstək verib. Sherg.az xəbər verir ki, onların elektrik avtomobillərlə bağlı müəyyən anlaşmazlıqları olsa da, Tramp “Hesab edirəm yaxşı anlaşırıq” deyib.

 Mask və Tramp arasındakı əlaqə seçim dövründə gərgin olsa da, son vaxtlar ictimai tədbirlərdə bir araya gəlirlər.