ABŞ Prezidenti Donald Tramp koqnitiv və fiziki imtahanlardan keçməsinə baxmayaraq, medianı onun psixi və fiziki sağlamlığına diqqət yetirdiyinə görə tənqid edib.
Teleqraf xəbər verir ki, ABŞ prezidenti "The New York Times"ı nəzərdə tutaraq deyib:
"Mən burada otururam, gündə dörd mətbuat konfransı keçirirəm. Çox ağıllı, çılğın insanlara sual verirəm və sizə düzgün cavablar verirəm. Heç vaxt qalmaqal, problem yaratmıram. Bir şey yolunda olmayanda sizə xəbər verəcəyəm. Bu, bir gün sizin hamınızın başına gələcək. Amma düşünürəm ki, indi 25 il əvvəlkindən daha ağıllıyam" - Tramp bildirib.