Tramp: Merz İranın nüvə silahına malik olmasını məqbul sayır

Almaniya kansleri Fridrix Merz İranın nüvə silahına sahib olmasını məqbul sayır.

Bu barədə “Truth Social” hesabında ABŞ Prezidenti Donald Tramp paylaşım edərək bildirib ki, Merz “nədən danışdığını bilmir”.

ABŞ lideri qeyd edib ki, əgər İranın nüvə silahı olsaydı, dünya artıq “girov vəziyyətində” qalardı.

O əlavə edib ki, hazırda İranla bağlı aktiv şəkildə işləyir və digər ölkə liderlərinin bu istiqamətdə daha əvvəl addım atmalı olduğunu düşünür.

Tramp həmçinin Almaniyanın iqtisadi və ümumi vəziyyətinin zəif olduğunu iddia edib.