ABŞ Prezidenti Donald Tramp, 30 noyabrda Hondurasta keçiriləcək seçkilərdə Milli Partiyanın namizədi Tito Asfuraya açıq dəstək verib. O, Asfuranı “demokratiyanın müdafiəçisi” adlandıraraq rəqiblərini “kommunizmə yaxın” olmaqda günahlandırıb.
Sherg.az xəbər verir ki, Tramp həmçinin narkotik qaçaqmalçılığına görə ABŞ-da 45 il həbs cəzası çəkən Hondurasın keçmiş prezidenti Xuan Orlando Hernandezi əfv etməyi planlaşdırdığını bildirib. O vurğulayıb ki, seçkilərdə Asfura qalib gələrsə, ABŞ Hondurasla əməkdaşlığı gücləndirəcək.