Tramp NATO ölkələrini “qorxaqlar” adlandırdı

ABŞ prezidenti Donald Trump NATO müttəfiqlərini İranla bağlı hərbi əməliyyatlara dəstək vermədiklərinə görə sərt tənqid edib və onları “qorxaqlar” adlandırıb.

O bildirib ki, ABŞ olmadan NATO “kağız üzərində qalan zəif bir qurumdur” və bu mövqeni unutmayacaqlarını vurğulayıb.

Sherg.az xəbər verir ki, Tramp həmçinin müttəfiqlərdən İranın nəzarətində olan Hörmüz boğazı vasitəsilə dəniz nəqliyyatının təhlükəsizliyini təmin etməyə kömək etmələrini tələb edib.

O qeyd edib ki, NATO ölkələri müharibəyə qoşulmaq istəməsələr də, yüksək neft qiymətlərindən şikayət edirlər.

Digər tərəfdən, Almaniya, Fransa və digər ölkələr boğazda təhlükəsizliyin təmininə dəstək verə biləcəklərini bildirsələr də, bunun üçün münaqişənin azalmasının vacibliyini vurğulayıblar.

Tramp çıxışında həmçinin İranla bağlı hərbi əməliyyatların uğurlu getdiyini iddia edib və ölkədə rəhbərliyin ciddi zərbə aldığını bildirib. Bununla yanaşı, İranla danışıqlar aparmaq istədiklərini, lakin “danışacaq kimsənin qalmadığını” irəli sürüb.