Tramp Putinin İrana "azacıq" kömək göstərə biləcəyini etiraf edib

ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinin İrana “bir az” kömək göstərdiyini iddia edib.

APA xəbər verir ki, ABŞ Prezidenti bu barədə “Fox News”a bildirib.

“Düşünürəm ki, o, yəqin ki, onlara bir az kömək edir, bəli, deyəsən. Və o, böyük ehtimalla bizim Ukraynaya kömək etdiyimizi düşünür, elə deyilmi?”, - Tramp deyib.

Qeyd edək ki, Rusiyanın İrana regiondakı Amerika hədəflərini vurmağa kömək edə biləcəyinə dair məlumatlar yayılıb.