ABŞ Prezidenti Donald Tramp yaxın vaxtlarda Rusiyaya qarşı “çox güclü” sanksiyalar tətbiq edəcəyini açıqlayıb.
Teleqraf xəbər verir ki, o, bu barədə "Fox News" radiosuna müsahibəsində bildirib.
Tramp vurğulayıb ki, sanksiyalar “çox güclüdür” və Rusiya neftinin satışını ciddi şəkildə çətinləşdirəcək.
Prezident əlavə edib ki, bu sanksiyalar “çox yaxın vaxtda” qüvvəyə minəcək.